Geri qaytarma şərtləri:
Mağazadan alınan məhsullar alınma günü nəzərə alınmamaq şərti ilə 14 təqvim günü ərzində dəyişdirilə və ya qaytarıla bilər. Bunun üçün mütləq alış çeki təqdim edilməlidir. Məhsulun qaytarılma və dəyişdirilmə şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında tənzimlənir.
Geri qaytarma səbəbi: Qüsurlu mal(İstehsalçı qüsuru)
Məhsulun yoxlanması qaydalara əsasən mağazada texniki ekspert tərəfindən həyata keçirilir. Qüsur yerində təsdiqlənə bilərsə, təsdiqlənmə prosesindən sonra məhsul yenisi ilə əvəz olunur, yaxud məbləğ geri qaytarılır. Qüsuru yerində təsdiqləmək mümkün deyilsə, məhsul servisə göndərilir.
Geri qaytarma səbəbi: Digər
Məhsul istifadə olunmayıbsa və əmtəə görünüşü pozulmayıbsa, bu halda geri qaytarılma həyata keçirilə bilər. Bunun üçün öncə mağazada texniki ekspert tərəfindən ilkin yoxlama həyata keçirilir.
Əlavə şərtlər:
Məhsul nağdsız ödənişlə əldə olunubsa, ödənişin geri qaytarılması ilə bağlı mağaza tərəfindən istehlakçının müştərisi olduğu banka sorğu göndərilir. Ödəniş bank tərəfindən adətən 3-7 iş günü ərzində karta geri qaytarılır.